Dünyadan

Van Qal məşqçi karyerasını başa vurdu

“Mançester Yunayted”in sabiq çalışdırıcısı Lui van Qal baş məşqçi karyerasını başa vurmağa qərar verib.

İdmanxebr.com-un məlumatına görəu barədə 65 yaşlı mütəxəssisin özü məlumat verib:

“Ötən il məşqçilik karyeramı başa vuracağımı söyləmişdim. Sonra qərarımı dəyişdim və uzun istirahətə çıxdım. Ancaq daha məşqçiliyə qayıdacağımı düşünmürəm”.

Ötən ay oğlu dünyasını dəyişən  van Qal bu qərarı verməsində ailəsinin böyük rolu oynadığını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43