16 Sentyabr 2019
Ölkə futbolu

Vəli Qasımov: “Komanda Maltadan qayıdandan bəri istirahət etməyib”

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi" "Baltsan"ı qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, "flaqman" iyulun 7-də "Bakcell Arena"da rəqibylə qarşılaşacaq.

Oyunöncəsi mətbuat konfransında "ağ-qaralar"-ın baş məşqçisi Vəli Qasımov bunları deyib:"Komanda Maltadan gələndən bəri istirahət etməyib. Yaxşı vəziyyətdəyik. Oyuna ciddi hazırlaşırıq. Komandadan yaxşı nəticə gözləyirik. Biz favoritik amma meydanda oynamaq başqa şeydi. Potensial rəqiblərimiz barədə məlumatımız var".

Transferlərlə bağlı sualları isə belə cavablandırıb: "Nə qədər çox mərhələ keçsək, o qədər yaxşıdır. Ailtonla bağlı danışıqlarımız davam edir. Hələ ki, müəmmalıdır. Hücumçu axtarışımız davam edir".

 

Oxşar xəbərlər

UEFA-dan “Xəzər Lənkəran” və “Qarabağ”a 486 min avro

admin

Millimiz qələbə ilə başladı

admin

“Sumqayıt” birinci divizion təmsilçisini meydana çıxmağa peşman etdi- VİDEO

admin