Ölkə futbolu

Viktor Mendi: “Bilirik ki, “Xəzər Lənkəran”ın tək ümidi kubokadı”

“Qəbələ”nin futbolçusu Viktor Mendi Premyer Liqanın 29-cu turu çərçivəsində qarşılaşacaqları “Xəzər Lənkəran”la oyun haqda fikirlərini səsləndirib.

İdmanxeber.com-a açıqlama verən əyalət klubunun hücumçusu həm çempionat matçın da, həm də kubokda “Xəzər Lənkəran”ı məğlub etmək istədiklərini bildirib:

“Motivasiyamızı yüksəldib “Xəzər Lənkəran”la oyunlara hazırlaşmalıyıq. İstər çempionatda, istərsə də kubokda biz də qələbə qazanmaq istəyirik. Çünki avrokuboklara getmək üçün qalib gəlməyimiz vacibdir. Düzdü, “Xəzər Lənkəran”ın çempionatdan əli üzülüb. Bilirik ki, onların tək ümidi kuboka qalıb. Ancaq yenə deyirəm, bizim də hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdı və qalib gələcəyimizi düşünürəm“.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43