Dünyadan

“Barselona” azarkeşlərinə şad xəbər

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında Madridin “Atletiko” klubu ilə qarşılaşacaq “Barselona” bu vacib matç öncəsi zədəli futbolçularından şad xəbər alıb. 

İdmanxeber.com-un məlumatına görə, bir müddətdir ki, zədəli olan Aleks Sonq və Karles Puyol artıq məşqlərə başlayıb. Qrip virusuna yoluxan Pedro da artıq komandayla birgə məşq edir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43