Kateqoriyasız

“Viktoriya” – “Qarabağ”: Ən ucuz bilet 30 manata…

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu – “Viktoriya” –  “Qarabağ” matçı üçün biletlər satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, bilet satışı saat 15:00-da start götürüb.

Ən ucuz biletlərin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 1490 Çexiya kronudur (təxminən 105 manat).

Avqustun 23-də “Dusan Arena”da oynanılacaq qarşılaşma saat 23:00-da başlayacaq. İlk matç iyulun 17-də Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43