Kateqoriyasız

“Xəzər Lənkəran”ın sabiq üzvü: “Olimpiakos” “Qarabağ”a qalib gələcək”

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Dimitris Sialmas Yunanıstan mətbuatına “Olimpiakos” – “Qarabağ” görüşü ilə bağlı danışıb.

İdmanxeber.az xəbər verir ki, hazırda ölkəsində – “Aiyoy Anarqiroy”da çıxış edən Sialmas matçdan gözləntiləri haqda bunları deyib:

“Olimpiakos” çox güclü komandadır. Ona görə də onların “Qarabağ”a qalib gələcəyini düşünürəm.

Bəli, onların avrokuboklarda necə çıxış etdiyini bilirəm. “Olimpiakos” bir neçə futbolçu cəlb edib komandaya.

Ona görə də onların güclü komanda olduğunu düşünürəm. Üstəlik onlar Avropa Liqasında artıq xallar toplamalıdır”.

Adıçəkilən hücumçu “Panionios”, “PAS Giannina” klublarında oynadıqdan sonra 2012-2013-cü illərdə “Xəzər Lənkəran” forması geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43