Kateqoriyasız

“Niyə qrupda birinci yer tutmalıydıq?” – De Byazinin azərbaycanlı köməkçisi

“Biz deyirik ki, milli mütləq qrupda birinci yer tutmalıdı. Niyə görə birinci yer tutmalıydıq?”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin köməkçisi Arif Əsədov deyib.

Millinin məşqçisi daha sonra sözlrinə belə davam edib:

“Reytinqdə biz bu ölklərdən geridəyik. Qrupdakı komandalardan ən aşağı reytinqlisi biz idik. Mətbuatda rəqiblərin aşağılanmasını gördük. Slovakiya motivasiyasız çıxdı, Qazaxıstan məsələni həll etmişdi deyə biz qalib gəldik və s… Bununla heç cür razılaşmıram. Qazanılan 10 xal futbolçularımızın zəhmətidi . Onların əziyyətini yerə vurmayaq”.

Qeyd edək ki, millimiz Millətlər Liqasında son mövsümü 10 xalla ikinci qapadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43