Kateqoriyasız

“Xəzər Lənkəran” 12 futbolçu ilə davam edəcək

“Xəzər Lənkəran” klubu Topaz Premyer Liqasında 2015/2016 mövsümünün ikinci yarısı üçün 5 yeni futbolçu sifariş edib.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bunlar Asif Mirili, Orxan Səfiyaroğlu, Nodar Məmmədov, Ruslan Cəfərov və Vaqif Güləliyevdir.

Artıq həmin futbolçuların Lənkəran təmsilçisində hansı nömrə altında çıxış edəcəkləri də müəyyənləşib. Asif Mirili 6, Orxan Səfiyaroğlu 7, Nodar Məmmədov 15, Ruslan Cəfərov 4 və Vaqif Güləliyev 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Xəzər Ləkəran” qış transfer pəncərəsi dönəmində 7 futbolçu ilə yolları ayırıb. Komanda mövsümün ikinci yarısında cəmi 12 futbolçu ilə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43