Ölkə futbolu

“Xəzər Lənkəran” fanatının ürək dağlayan statusu: “Heç nə istəmirik: kubokunuzu da, “Xəzər Lənkəran”nınız da, sizin olsun”

Məlum “Xəzər Lənkəran” – “Neftçi” oyunundakı qalmaqaldan sonra həbs olunan 7 azarkeşdən 3-ü azadlığa buraxılıb.

İdmanxeber.com-un məlumatına görə, dünən gizli məhkəmə olub və digər 4 azarkeşə 3 il həbs verilib.

Həbs oluanlar içərisində XL-in fəal üzvlərindən olan Eliko da var. Sosial şəbəkələrdə fanatlar həbs olunan azarkeşlərin azad olunmasını tələb edirlər. Hətta Amin Həmzəyev adında  bir azarkeş “facebook”da etdiyi paylaşımla kluba səslənib :

Heç nə istəmirik: kubokunuzu da, “Xəzər Lənkəran”nınız da, sizin olsun. Əvəzində Elikonu bizə qaytarın”.

Sonda onu da qeyd edək ki, klubun bütün cəhdlərinə baxmayaraq, həbs olunan azarkeşləri azadlığa çıxartmaq mümkün olmayıb və XL rəhbərliyi bu məsələni sonuna kimi gedəcəklərini bildiriblər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43