Kateqoriyasız

“Xəzər Lənkəran” – FIFA qarşıdurması: Yenidən CAS-a müraciət olunacaq

“Xəzər Lənkəran” İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Cənub klubunun rəsmisi Ramil Cahangirov məlumat verib.

O, bildirib ki, FIFA-nın məlum qərarına əsasən klub CAS-a müraciət etməyə hazırlaşır:

“FIFA-nın bu qərarını haqsız sayırıq və buna görə də, həm bu quruma, həm də CAS-a yenidən müraciət etməyə hazırlaşırıq. Lazımı sənədlər toplanıb. Qarşıdakı günlərdə CAS-a müraciət edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43