Kateqoriyasız

“Xəzər Lənkəran” hansı klublar ilə qarşılaşacaq?

Bu gün təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq olan “Xəzər Lənkəran”ın yoldaşlıq oyunu keçirəcəyi klublar bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, hazırlıq çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdıran cənub təmsilçisinin yanvarın 10-da Türkiyənin “Tekirdağ” klubu ilə, daha sonra ayın 14-də  Almaniyanın “Kemnitser” və yanvarın 17-də isə  Super Liqa təmsilçisi “Ərciyəsspor”la qarşılaşacağı gözlənilir.

Qalan iki rəqibin adına isə yaxın günlərdə aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43