Ölkə futbolu

“Xəzər Lənkəran” makedoniyalı futbolçu transfer edir

Milinko Pantiçin gəlişindən sonra "Bakı"nın ehtiyat skamiyasına məhkum olan makedoniyalı qapıçı Edin Nuredinovski komandadan ayrılmaq niyyətindədir.

Qolkiper "Bakı"dan ayrılmaq istəsə də, Azərbaycanı tərk etmək fikrində deyil.

Onun xidmətində "Xəzər Lənkəran" maraqlıdır. Duqlas Leytenin komandaya gəlişindən sonra yenə qapıçı problemini həll edə bilməyən Lənkəran klubu Makedoniya millisinin üzvü ilə bu problemi aradan qaldırmaq istəyir.

Nuredinovskinin də "Xəzər Lənkəran"da oynamağa razı olduğu deyilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43