27 Oktyabr 2020
Ölkə futbolu

“Xəzər Lənkəran” məhkəməyə məktub ünvanladı

“Xəzər Lənkəran” FK tərəfindən Lənkəran şəhər məhkəməsinin hakiminə ünvanlanan məktubun mətni ilə sizi tanış edirik:

Möhtərəm hakim!

“Xəzər Lənkəran” Futbol Klubu yarandığı gündən etibarən dünyanın ən məşhur idman növü olan futbolun kütləviləşməsi, sağlam idman mübarizəsinin təmin olunması, idmançıların layiqli şəraiti və sosial müdafiəsinin təşkili baxımından Azərbaycanda bu idman növünün inkişafına böyük təkan vermişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunan və 2005-2015-ci illəri əhatə edən futbolun inkişafına dair Dövlət Proqramının həyata keçirilməsinə daim lazımi tövhəni vermək üçün maksimum bilik, bacarıq və resurslar tərəfimizdən sərf olunur. Məqsədimiz ölkəmizdə yüksək templərlə inkişaf edən bütün sahələr kimi, futbolun da inkişaf etdirilməsidir.

Ən populyar idman növü olan futbol dünyanın hər bir yerində kütləviliyi ilə seçilir. Bu gün futbolun dünyada yüz milyonlarla insanı birləşdirməsi bu sahəyə olan diqqətin əsas səbəblərindən biridir. İstənilən futbol matçının bəzəyi olan, o matça rəng qatan da məhz tribunalarda komandasını dəstəkləyən azarkeşlərdir.

Təsadüfi deyil ki, ölkə başçısının təsdiq etdiyi Futbolun inkişafına dair Dövlət Proqramının 3-cü maddəsinin 12-ci bəndində inkişafın əsas istiqamətlərindən biri kimi “idmanın ən kütləvi və nüfuzlu növü olan futbolun təbliğ etdirilməsi” qeyd olunub.

Bu gün “Xəzər Lənkəran” Mərkəzi Stadionu ölkə çempionatının və kubokunun oyunlarında azarkeş sayına görə qeyd-şərtsiz liderdir. Məhz komandanı dəstəkləyən sadiq azarkeşlərin simasında bu stadionda keçirilən oyunlar rəngarəngliyi və baxımlılığı ilə seçilir.

25 avqust 2013-cü il tarixdə keçirimiş “Xəzər Lənkəran” – “Neftçi” oyununda baş verən xoşagəlməz hadisələr bütün futbol ictimaiyyətini, eləcə də bizi təəssüfləndirdi. Klubumuz beynəlxalq səviyyədə qəbul olunan təhlükəsizlik meyyarlarına hər zaman diqqətlə yanaşaraq oyunlar zamanı azarkeşlərin təhlükəsizliyinə və asayişin qorunmasına çox ciddi yanaşır.

Bununla belə, adıçəkilən oyundan sonra həbs olunan şəxslərin dəstəklədiyi komandadan asılı olmayaraq hər biri tərəfimizdən futbol azarkeşləri kimi qəbul edilir, onların həmin matçdan əvvəl də futbol oyunlarına gəlib sağlam şəkildə komandanı dəstəkləməsi və əvvəllər davranışlarında qanun-qayda pozuntularına yol verməməsinə tərəfimizdən xüsusi önəm verilir.

Prosesin gedişatında klubumuz tərəfindən bildirilən mövqeni bir daha vurğulamaqla, həbs olunan azarkeşlərin heç birinə qarşı tərəfimizdən heç bir iddianın olmadığını bildiririk.

“Xəzər Lənkəran” Futbol Klubu olaraq məhkəmə tərəfindən bu işə baxılması zamanı yuxarıda diqqətinizə çatdırılan bütün məqamların nəzərə alınacağına, qanunvericilikdə mövcud olan humanizm prinsiplərinin tətbiq ediləcəyinə və yekunda ədalətli qərarın çıxarlacağına əminliyimizi ifadə edirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Prezident İlham Əliyevə “Qarabağ”ın 10 nömrəli forması həddiyə olundu – FOTOLAR

admin

“Şəfa”da iclas

admin

“Neftçi” qələbə ilə başladı

admin