Kateqoriyasız

“Xəzər Lənkəran” “Neftçi”dən cavab gözləyir

Sentyabr ayının 13-də keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyunu canlı yayımlana bilər.

“Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun İdmanxeber.com-a  verdiyi məlumata görə, “Böyük oyun”un “Xəzər Lənkəran” TV də yayımlanması üçün Lənkəran təmsilçisi “Neftçi”yə rəsmi məktub göndərib. “Neftçi” klubunun cavabından sonra oyunun yayımlanıb-yayımlanmaması dəqiqləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43