Ölkə futbolu

“Xəzər Lənkəran” “Neftçi”ni sevindirən futbolçusundan bəd xəbər aldı

Ölkə kubokunun 1/4 final mərhələsinin “Araz Naxçıvan”la ilk oyunu öncəsi “Xəzər Lənkəran” daha bir itki ilə üzləşib. İdmanxeber.com klubun saytına istinadən xəbər verir ki, zədəli futbolçular sırasına Tyeqo da qoşulub.

Belə ki, braziliyalı mərkəz müdafiəçisi ampluaca həmkarı olan rumıniyalı Adrian Skarlatake ilə birgə komandalarının Naxçıvandakı ilk məşqini kənardan izləyib. “Xəzər Lənkəran”ın digər zədəliləri isə yığmamızın üzvləri – Rasim Ramaldanov, Rahid Əmirquliyev və braziliyalı Deyvid Sakkonidir.

Qeyd edək ki, “Xəzər Lənkəran” bu gün oyun öncəsi son məşqinə çıxacaq. Sabah saat 15:00-da başlayacaq “Araz Naxçıvan” – “Xəzər Lənkəran” görüşü cənubluların rəsmi saytı vasitəsi ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43