Ölkə futbolu

“Xəzər Lənkəran” “Qəbələ” ilə oyuna ciddi itkilərlə çıxacaq

Premyer Liqanın XXI turunda səfərdə “Qəbələ” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” bu gün Qəbələyə yola düşüb.

Klubun saytına istinadən verdiyimiz məlumata görə, matç gününə qədər Qəbələdə hazırlıq keçəcək komandada Adrian Pit, Rasim Ramaldanov zədə səbəbindən, Ağabala Ramazanov isə cəzalı olduğundan səfərə aparılmayıb.

Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” görüşü şənbə günü baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43