Kateqoriyasız

“Xəzər Lənkəran” rəsmisi od püskürdü: “Bu hakimlərlə çox uzağa gedə bilməyəcəyik”

“Neftçi”ylə oyun bizim üçün çətin oldu. Bunu çətinləşdirən isə hakim oldu. Gözəl oyun gedirdi. Bilmirəm bizim hakimlərin əqrarı ilə biz nə qədər uzağa gedə bilərik. Hamı gördü ki, komandalar gözəl oyun nümayiş etdirirdi. Hakimlər komitəsi fikirləşməlidi ki, bu cür oyunlara belə hakimlər təyin olunmamışdı.“.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Xəzər Lənkəran”ın icraçı-direktoru Höccət Hacıyev deyib.

Klub rəsmisi hakin öncə penalti verib, sonra qərarını ləğv etməsinə belə münasibət bildirib:

“Mən 49 ildi futboldayam. Belə şey birinci dəfədir ki, görürəm. Düzdür belə bir şey bir dəfə də bizim başımıza gəlib. Bir dəfə də bizim klubun əvəzediciləri arasında baş tutan oyunda penalti verilib, sonra ləğv olunub. Belə idarəçilik olmaz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43