Ölkə futbolu

“Xəzər Lənkəran”da hücumçu problemi: Onun üçün mövsüm bitdi

“Xəzər Lənkəran”ın futbolçusu Ağabala Ramazanovun zədəsi ciddidi.

İdmanxeber.com-un məlumatına görə, tibbi müayinədən keçən Cənub komandasının forvardının mövsümün sonuna kimi komandaya kömək edə bilməyəcəyi bəlli olub.

Ramazanov ən yaxşı halda 15 gün sonra “Xəzər Lənkəran”a kömək edə biləcək.

Qeyd edək ki, A.Ramazanov AZAL-la matçdan öncəki məşqdə zədələnərək sıradan çıxmışdı. O, oyun günü paytaxtda tibbi müayinədən keçmək üçün gəlmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43