Ölkə futbolu

“Xəzər Lənkəran”da itkilər var: Mbilla “Rəvan”a qarşı oynaya biləcəkmi?

Premyer Liqanın IX turu çərçivəsində oktyabrın 4-də “Rəvan”ın qonağı olacaq “Xəzər Lənkəran” itkilərlə üzləşib. Cənub təmsilçisi hazırda iki futbolçunun xidmətindən yararlana bilmir.

Belə ki, qida zəhərlənməsindən və qızdırmadan əziyyət çəkdiyi üçün “İnter”lə oyunu kənardan izləməli olan ispaniyalı yarımmüdafiəçi Eduardo Oriol qismən sağalsa da, sentyabrın 29-da keçirilən hazırlıq prosesində yalnız fərdi məşqlə kifayətlənib.

“İnter”lə oyunda çiynindən ağır zədə alan Mbila Etame isə hazırda müalicədədir. Kamerunlu futbolçunun “Rəvan”la görüşdə meydana çıxacağı sual altındadır.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43