İdman

Millimizin üzvü qəflətən dünyasını dəyişdi

Azərbaycan idmanına və “Qəbələ” İdman Klubuna ağır itki üz verib.  

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, cüdo bölümünün və Azərbaycan cüdo yığmasının gənc üzvü, Avropa Kubokunun mükafatçısı, dünya çempionatının iştirakçısı 16 yaşlı Fəridə Həsənxanova qəflətən dünyasını dəyişib.   “Qəbələ” İdman Klubunun kollektivi gənc idmançının vaxtsız vəfatı ilə əlaqədar mərhumənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.  

Allah rəhmət eləsin


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43