Dünya futbolu

Mançini bu gün İstanbula gəlir: Aysalla görüş vaxtı müəyyənləşdi

"Qalatasaray"ın baş məşqçi postuna namizədlərdən biri olan Roberto Mançini bugün Türkiyəyə gəlir.

Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, çalışdırıcı Bakı vaxtı ilə saat 21:00-da İstanbulda olacaq.

İtalyan mütəxəssis saat 23:00-da isə "Cim-Bom"un prezidenti Ünal Aysalla görüşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43