Kateqoriyasız

“Xəzər Lənkəran”da “partlayış”: Biri getdi, digərləri yol üstədi

"Xəzər Lənkəran" futbolçusu Rasim Ramaldanovla yollarını ayırıb.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə,  29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Məhz buna görə də, Ramaldanov sabah "Zirə"ylə baş tutacaq matçda oynamayacağı dəqiqdir.

Ramaldanovla birgə daha bir neçə futbolçusu "ağ yaşıllılar”la yollarını ayıra bilər.  Rahid Əmirquliyev və Tural Cəlilovun mövsümün sonuna qədər komandada qalması gözlənilir.

Legionerlər Adrian Skarlatake və Sadio Tounkara da klubdan ayrılmaq niyətindədirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43