Kateqoriyasız

Qay: “Oyunumuzdan razı qalmalıyıq”

“Qrupumuzdakı digər qarşılaşmanın nəticəsinin oyunumuza heç bir təsiri olmadı. Krasnodardakı görüşdən sonra növbəti mərhələyə hər iki vəsiqənin sahibi bəlli olsa da, biz qarşılaşmaya çıxıb, öz futbolumuzu nümayiş etdirdik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Aleksey Qay Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda PAOK-la bərabərə qaldıqları (0:0) oyundan sonra klubun saytına deyib.

O, ümumi hədəfin öhdəsindən gəlib, qrupdan çıxa bilmədiklərini vurğulayıb:

“Lakin oyunumuzdan razı qalmalıyıq. Düzdür, səfərdə heç-heçəylə kifayətləndik. Amma yaxşı oyun nümayiş etdirdik. Qarşılaşmanı hazırlaşdığımız səviyyədə keçirə bildik. Sadəcə qol vura bilmədik. Bunu da təhlil edəcəyik. Qrup mərhələsində qələbə qazanmamışıq. Lakin hələ bir oyunumuz qalıb. “Krasnodar”la həmin ev oyununda qalib gəlib, azarkeşlərimizi sevindirməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43