Ölkə futbolu

“Xəzər Lənkəran”dan “Neftçi”yə cavab gəldi

“Xəzər Lənkəran” tərəfi “Neftçi” rəsmisi Gündüz Abbasadənin “Böyük oyun”u yayımlamamaqla bağlı kluba qarşı səsləndirdiyi ittihamlara münasibət bildirib.

"Qafqazinfo"ya açıqlama verən “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu həmkarı Gündüz Abbaszadənin fikirlərinə bu cür cavab verib:

“Gündüzün dediyi kimi bəhanə filan etmirik. Sadəcə olaraq, prosedur bunu tələb edir ki, “Xəzər Lənkəran”ın ev oyunlarını yayımlamaq istəyən kanal klubun büdcəsinə müəyyən qədər pul ödəməlidir. Bu rəsmi bir qaydadır. Mövsüm başlayandan bəri heç bir telekanal canlı yayımla bağlı  bizə müraciət etməyib. Ev oyunlarımızı sayt vasitəsi ilə özümüz yayımlamışıq. Haqqımızda deyilən bu ittihamlar isə klubumuzu ictimayətlə üz-üzə qoymaq funksiyası daşıyır. Hansı kanal ev oyunlarımızı yayımlamaq istəyirsə, gəlsin pul ödəsin və yayımlasın”

Qeyd edək ki, “Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə  “Xəzər Lənkəran”-“Neftçi” matçını yayımlamamaqda qarşı tərəfi ittiham edib.

Qafqazinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43