Ölkə futbolu

“Xəzər Lənkəran”ın afrikalı cütlüyü 10 qolu aşdı

Topaz Premyer Liqasının XXI turu “Xəzər Lənkəran”ın iki futbolçusu üçün yubiley qolu ilə əlamətdar olub.  “Qəbələ” ilə səfər oyununda bərabərlik qolunu vurmuş Sadio Tounkara ağ-yaşıl formada 10-cu dəfə rəqib qapısına yol tapıb.

Malili futbolçu qollarından 8-ni çempionatda vurub: 2011/12 – 1 qol, 2012/13 – 5 qol, 2013/14 – 2 qol. Yarımmüdafiəçi digər iki qolunu cari mövsüm Azərbaycan kuboku yarışında rəqib qapısından keçirib.

Qəbələdəki matçda komandamızın ikinci qolunu vurmuş Etame Mbilla da 10-a çatıb. Lakin legioner bununla kifayətlənməyib və qələbə qolu ilə 11-ci dəfə “Xəzər Lənkəran” fanatlarını sevindirib. Bununla da Etame ötən tur 11-ci qolunu vuran Skarlatakeyə çatıb.

Mbilla bütün qollarını cari mövsümdə vurub. Legionerimiz 8 dəfə çempionat, 2 dəfə kubok, 1 dəfə Superkubokda topu qapıdan keçirib.

“Xəzər Lənkəran” tarixində 10 və daha çox qol vuranlar

1
Zaur Ramazanov
44
2
Samir Əliyev
34
3
Rahid Əmirquliyev
27
4
Mario Souza
26
5
İvan Tsvetkov
24
6-8
Vüqar Nadirov
18
 
Rəşad Abdullayev
18
 
Oqtay Dərəlioğlu
18
9-10
Allan Lalin
14
 
Branimir Subaşiç
14
11
Edmond N’Tiamoa
13
12-14
Emin Quliyev
12
 
Alim Qurbanov
12
 
Uinston Parks
12
15-18
Etame Mbilla
11
 
Adrian Manuel Skarlatake
11
 
Junior Osvaldo
11
 
Emeka Opara
11
19
Sadio Tounkara
10


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43