Ölkə futbolu

“Xəzər Lənkəran”ın AZAL planı

Martın 18-də səfərdə AZAL klubu ilə çempionat matçında üz-üzə gələcək “Xəzər Lənkəran” oyuna bir gün qalmış Bakıya yollanacaq.

İdmanxeber.com-un məlumatına görə, komanda martın 16-da səhər saat 11:00-da stadionun ehtiyat meydançasında növbəti məşqini keçirəcək. Daha sonra futbolçulara klubun baza-otelində dincəlmək üçün təxminən bir sutkaya qədər vaxt veriləcək. Komanda martın 17-də səhər saatlarında Lənkəranı tərk edərək Bakıya yola düşəcək.  Paytaxtın “New Baku” otelində məskunlaşacaq “Xəzər Lənkəran” martın 17-də saat 16:00-da “Azal Arena” stadionunda oyunöncəsi son məşqinə çıxacaq.(12cioyucu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43