Kateqoriyasız

“Xəzər Lənkəran”ın baş məşqçisi: “Öz komandamdan razı qalsam da…”

Topaz Premyer Liqasının XXIII turu “Qəbələ” üçün uğurlu alındı. Şimal təmsilçisi doğma meydançasında “Xəzər Lənkəran”ı 3-1 hesabı ilə məğlub etdi.  

İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov matçdan sonra bunları deyib:

“Çox maraqlı oyun getdi. Hər iki komanda baxımlı  oyun sərgilədi. Bolqullu oyun izlədik. Öz komandamdan razı qalsam da, səhvlərin mövcudluğunu da qeyd etməliyəm. Səhvlər üzərində işləməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43