Ölkə futbolu

“Xəzər Lənkəran”ın sabiq braziliyalısı: “Ağasəlim Mircavadov mənim atamdır”

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Junior Lənkəran klubunun Superkuboku qazanmasına münasibət bildirib

O, bu nəticəyə görə, çox sevindiyini bildirib:

“Xəzər Lənkəran”ın “Neftçi”ni məğlub edərək, Superkuboka sahib çıxmasına çox sevindim. Çünki bu klub mənə çox doğmadır,orada gözəl günlərim olub. Komandanın çempionatda uğursuz çıxış etməsindən xəbərim var. Kənardan onların uduzmasını eşitmək çox üzücüdür. Ancaq inanıram ki, “Xəzər Lənkəran” tezliklə çempionatda da qələbələri sıralayacaq”. Tam adı Osvaldo Jose Martins Junior olan yarımmüdafiəçi hazırda Braziliyada çıxış edir və hələ 5 il də oynamaq istədiyini bildirib: “Son mövsümdə Braziliyada “Araxa Esport” klubunda oynadım. Amma indi klubsuzam. 31 yaşındayam, hələ 5 il də oynamaq istəyirəm”. Daha sonra braziliyalı futbolçu Ağasəlim Mircavadov haqda danışıb: “Ağasəlim Mircavadov çox yaxşı insandı. Özü də güclü məşqçidi. O, mənim atamdı. Hər zaman öz məsləhətlərini verirdi. Ata kimi baxmışam ona”. 2008/2011 mövsümündə “Xəzər Lənkəran”da, sonra isə bir mövsüm də “Bakı”da oynayan Juninyo xatirələrindən danışıb: “Xəzər Lənkəran”da yaşadıqlarımı unutmaram. Orada çox yaxşı oyunlarım oldu. Ölkə kubokunun finalını isə yaddan çıxarmaram”. “Özümə komanda axtarıram. Təklifləri gözdən keçirəcəm. Azərbaycandan da olsa, götür-qoy edərəm”.

rekord.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43