Premyer Liqa

“Neftçi” və “Xəzər Lənkəran” azarkeşlərinə şad xəbər

Premyer Liqanın XII turunun 3 oyunu canlı yayımlanacaq.

Noyabrın-1, saat 15:00-da start götürəcək "Bakı" – "Simurq" matçı "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq. 

Ertəsi gün azarkeşlərin səbirsizliklə gözlədiyi "Neftçi" – "Xəzər Lənkəran" matçı da "İdman Azərbaycan" kanalında nümayiş etdiriləcək. Bu oyun saat 19:00-da başlayacaq.

Bazar günü saat 17:00-da start fiti səsələnəcək "Qarabağ" – "Qəbələ" görüşü isə "AzTV"də canlı olaraq futbolsevərlərə təqdim olunacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43