Ölkə futbolu

“Xəzər Lənkəran”ın sabiq futbolçusu özünə yeni klub tapdı

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Dimitros Sialmas nəhayət ki, özünə yeni klub tapıb. Lənkəran klubundan ayrıldıqdan sonra 6 ay  futbolsuz qalan hücumçu karyerasını vətəni Yunanıstanda davam etdirəcək.

O, bu ölkənin Super Liqa təmsilçisi olan “Platanias” klubu ilə müqavilə imzalayıb. Müqavilənin müddəti barədə məlumat verilmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43