Milli komanda

Xorvatiya Futbol Federasiyası azarkeşlərinə Bakıya gəlməyi qadağan etdi

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Xorvatiya yığması bu matçda dəstəksiz qalacaq.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb xorvatiyalı azarkeşlərin irqçi hərəkətləridi.

Federasiyanın rəsmi saytında yer alan xəbərdə bildirilir ki, Azərbaycan, Norveç və Malta ilə səfər matçlarında qonaq azarkeşlər üçün sektorlar təşkil olunmayacaq. Federasiyanın azarkeşlərə qoyduğu bu qadağadan sonra xorvat fanatların Bakıya gəlməyəcəyi dəqiqləşib. 

Qeyd edək ki, xorvatiyalı fanatlar İtaliya ilə oyunda irqçi hərəkətlərə yol verdiyindən, sözügedən ölkənin futbol federasiyası 100 min avro cəriməyə məruz qalıb. Bundna əlavə Xorvatiya millisinin aktivindən 1 xal silinib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43