Dünyadan

Xorvatiya millisinin üzvündən maraqlı yardım: futbolçu Donetskə 20 ton mandarin gətizdirdi

Xorvatiya millisinin və “Şaxtyor”un futbolçusu olan Dario Srna maraqlı yardımla diqqət mərkəzinə düşüb.

İdmanxeber.com-un məlumatına görə, futbolçu  Mitkoviçe şəhərindən 20 ton mandarin alaraq Donetskli uşaqlara humanitar yardım kimi Ukranyaya gətizdirib. Ümumilikdə 23 143 şagird Srnanın hədiyyə etdiyi mandarindən alacaq. Bundan əlavə uşaqlara xüsusi açıqçalar da təqdim olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43