Dünya futbolu

Xorvatiya yığması Bakıya milliləşdirilmiş ispaniyalı ilə gələcək

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç  Zaqreb “Dinamo”sunun ispaniyalı hücumçusu  Dani Olmonu yığmaya dəvət etmək niyyətindədi.

Xorvatiyalı mütəxəssis Mandzukiçin millidən ayrılamasının ardından hücum xəttini 21 yaşlı oyunçu gücləndirəcək. Məsələ ilə bağlı ölkə başççısı ilə də görüşən Z.Daliç oyunçunun milliləşdirilməsində bir əngəl olmadığını bildirib.

Qeyd edək ki, 21 yaşlı Dani Olmo “Barselona”nın yetirməsidir.

Xorvatiya millisi sentyabrın 9-da Bakıda Azərbaycanla qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43