Ölkə futbolu

Yakub Jezniçak azarkeşləri fantastik adlandırdı

“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə keçirilən ilk oyununda tribunaları dolduran azarkeşlərə təşəkkür edib. 
İdmanxeber.com-un məlumatına görə, o, Ağdam klubunu qələbəyə səsləyən fanatlara minnətdarlığını sosial şəbəkədə bildirib. Belə ki, Jezniçak bununla bağlı feysbukda paylaşım edib: “Azarkeşlərimizə böyük təşəkkürlər. Bir sözlə, stadionda fantastik ab-hava yaratmışdınız”.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə nəticələnib. Bu komandalar arasındakı cavab görüşü avqustun 23-də Danimarkada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43