İdman

Arda Turanın “Qalatasaray”a keçməsini nə gecikdirir?

Son günlər mətbuatda adı “Qalatasaray”la hallanan Arda Turanın transferinin gecikməsinin səbəbi məlum olub.
İdmanxeber.com-un məlumatına görə, “Barselona”nın futbolçusunun sabiq klubuna qayıtmasına maneə yaradan səbəb maddiyatdı. Ulduz oyunçunu icarə əsasında sıralarına qatmağı planlaşdıran “sarı-qırmızılar” sposnorlardan gələcək xəbəri gözləyirlər. Belə ki, rəhbərlik yarımmüdafiəçinin keçidi zamanı maddi gəlirin bir qismini bu cür ödəməyi planlaşdırır.
Bildirək ki, Ardanın özü əvvəlki komandasında qayıtmaqda maraqlıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43