Dünyadan

Yaya Ture milli karyerasını bitirdi

“Mançester Siti”nin futbolçusu Yaya Ture milli  karyerasını başa vurduğunu açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Fil Dişi Sahili millisinin üzvü bu barədə özü məlumat verib.

2004-ci ildən millidə çıxış edən  33 yaşlı yarımmüdafiəçi 102 oyunda 19 qol vurub. O, Fil Dişi Sahili millisinin kapitanı idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43