Dünyadan

Yayda “Barselona”dan ayrılacaq iki futbolçu bəlli oldu

“Barselona” iki futbolçusu ilə yollarını ayırır.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya təmsilçisi yayda Mark Bartra və Adriano ilə yollarını rəsmən ayıracaq. Bu barədə “El Mundo Deportivo” məlumat yayıb.

Xəbərdə bildirilir ki, sözügedən futbolçulara yeni müqavilə təklif olunmayıb və hər iki oyunçu özünə yeni komanda axtara bilər.

Qeyd edək ki, Bartra və Adriano 2010-cu ildən “Barselona”nın şərəfini qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43