Kateqoriyasız

Yığmamız yeni reytinqdə Türkiyə və Hollandiyanı qabaqladı

Azərbaycan cari mövsüm avrokuboklarda topladığı xal sayında qitənin 16-cısıdı.

İdmanxeber.com-un məlumatına görə, 3,875 xal toplayan təmsilçilərimiz Qazaxıstanla eyni göstəriciyə malikdi.

Lakin əlavə göstəricilərdə daha yaxşı nəticəyə malik olan ölkəmiz siyahıda daha yüksək mövqedədi. Azərbaycan 13-15-ci olan Polşa, Ukrayna və İtaliyadan cəmi 0,125 xal geri qalır.

Qabaqladığımız ölkələr arasında isə Türkiyə (2,800), Şotlandiya (2,750), Hollandiya (2,583), Belçika (2,400) kimi ölkələr var. Bundan başqa Avstriya (2,600), İsveçrə (2,700), Yunanıstan (3,400), Çexiya (3,700), Rumıniya (2,250) kimi ortabablar da daha az xal toplayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43