İdman

Yığmamızın Avropa Çempionatı üçün heyəti açıqlandı

Noyabrın 14-də Bolqarıstanın Sofiya şəhərində qadınlar arasında boks üzrə Avropa çempionatına start veriləcək. 

İdmanxeber.com xəbər verir ki, yarışa hazırlığı davam etdirən millimiz təlim-məşq prosesini Azərbaycan Boks Federasiyasında yekunlaşdırmaq üzrədir. Komandamız təlim-məşq toplanışının bir hissəsini Bolqarıstanda davam etdirəcək.

Elbrus Rzayevin rəhbərliyi altında komandamız yarışa Əzizə Abbasova (48 kq), Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyeva (60 kq), Məryəm Cəbrayılova (64 kq), Şəhla Allahverdiyeva (75 kq), Leyla Cavadova (81 kq) və Aynur Rzayeva (81 kq-dan yuxarı) ilə hazırlaşır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43