İdman

Yunis Hüseynov: “Bax elə məni də qorxudan budu”

Oyun barədə nəsə demək çətindi. Çox istəyirdik ki, Avropa Liqasına çıxış üçün ən azı bir ümid yerimiz qalsın. Yalan olar ki, biz qış fasiləsindən sonra çıxıb, Avroliqa üçün oynayaq. Amma kubok vasitəsi ilə istəyimizə nail olA bilərdik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” ilə cavab görüşündən sonra keçirilən ənənəvi mətbuat konfransında Yunis Hüseynov deyib. Məğlubiyyətin çox acıverici olduğunu dilə gətirən çalışdırıcı, qış fasiləsindən sonra yaxşı heyət düzəltməyə çalışacaqlarını bildirib:

“Bu gün futbolçularımda istək gördüm, istəkli oynadılar. Çalışdılar ki, qələbə qazansınlar, lakin sonda təcrübə öz sözünü dedi. Ona görə də bu gün uduzduqş “Keşlə” komandasına da uğurlar arzu edirəm. Bu gündən etibarən tətilə yollanırıq. Çalışacayıq ki, heç olmasa fasilə müddətində komandamızın gücünə nisbətən güc qataq. 

 

– Kubok sizin üçün sonuncu ümid yeri idi. Lakin futbolçularınız bu işin də öhtəsindən gələ bilmədi. “Qara siyahı”nızda kimlər yer alıb?

– Mən “Kəpəz”i 5-ci oyununa çıxarırdım. Bunlardan ikisi çempionat, 3-ü isə kubok görüşlərinə təsadüf edib. 4 qarşılaşmada da uduzmuşuq. Belə götürəndə qalib gəldiyimiz “Binə” matçı da xoşuma gəlməyib. Uşaqlar yaxşı oyun nümayiş etdirməyiblər. Bəli, bütün bunlar reallıqdı. Ancaq həyatda ola biləcək şeydi. Bütün klubların başına gələ bilər və dəyişiklik etmək normaldı. Gedəcək futbolçuların adlarını açıqlasam, çox da yaxşı çıxmaz. Ancaq dəyişiklik olacaq. 

 

– Dəyişiklik hər bir komandada olur. Lakin Yunis Hüseynovun komandası deyilirsə, komandanın 90 faizi dıyişməlidi. Çünki sizin işlədiyiniz klublar və göstərdiyi nətiələr göz qabağındadı. Futbolçu tapmaq necə, çətin olmayacaq?

– Bax elə mənim qorduğum da budu. Düzdü, söz vermişəm, bu komandanı düzəltməliyəm.  Düşünə bilərsiz ki, hamı vaxt istəyir. Ancaq həqiqətən özünüz də görürsünüz ki, bu “Kəpəz”də çox dəyişiklik olmalıdı. Ancaq birdən-birə bütün heyəti göndərib, 5-10 futbolçu ilə ortada qala bilmərəm. Gecə-gündüz bu işin üstündə işləyirəm ki, “Kəpəz”ə layiqli futbolçu tapım

 

Bu gün Kərim Diniyev zədə ucbatından meydana çıxa bilməmişdi. Bununla belə, ola bilmərmi ki, futbolçu atasının gedişindən sonra komandada qalamq istəməsin?

– Yox, belə bir hal hiss etməmişəm. Kərim peşəkar futbolçudu. Sadəcə zədəsi olduğu üçün bu matçı buraxmaq məcburiyyətində qaldı.

 

– 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43