İdman

Qurban Qurbanovun milli komandadakı bütün köməkçiləri bəlli oldu

Azərbaycan yığmasının yeni baş məşqçisi Qurban Qurbanovun bütün köməkçilərinin adına aydınlıq gəlib. İdmanxeber.com-un məlumatına görə, Qurbanovun digər köməkçiləri uzun müddətdi onunla “Qarabağ”da birgə çalışan mütəxəssislərdi. 
 

Söhbət Elçin Rəhmanovla Çudomir Çakarovdan gedir. Millimizin çalışdırıcısı bu iki məşqçiylə əsas komandamızda da birgə işləməyə qərar verib.


Xatırladaq ki, ötən gün Dmitri Kramarenko da qapıçılarla iş üzrə məşqçi təyin edilib. (sport24.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43