Ölkə futbolu

Yunis Hüseynov: “Kim ki, mənim “Neftçi”də işləməyimi istəyir…”

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin istefa verməsinə münasibət bildirən yerli mütəxəssislərimizdən biri də Yunis Hüseynov oldu.

İdmanxeber.com-a açıqlamasında təcrübəli məşqçi məsələdan xəbərdar olduğunu bildirdi. 52 yaşlı mütəxəssis sosiyal şəbəkələrdə "Neftçi"yə təyin olunacaq yeni baş məşqçi ehtimalları arasında Yunis Hüseynovun adını çəkənlərlə bağlı danışdı:
"
 Kim ki, mənim "Neftçi"də işləməyimi istəyir, Allah canını sağ eləsin, hər birinə təşəkkür edirəm. Amma "Neftçi" məni çağırmaz. Mən tərəfdən heç bir problem yoxdu, Allaha şükür, mənim işlərim göz qabağındadı. Sadəcə bilirəm ki, dəvət olunmaram mən".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43