Ölkə futbolu

Yunis Hüseynov Sxadadzeni hədələdi: “Sən gələrsən Lənkərana…”

“Sxadadze oyun bitən kimi bizim məşqçilərə tərəf üzünü tutaraq ədəbsiz jest etdi. Axı o, kimdi gəlib bizim vətənimizdə özünü yekə-yekə apara? Bu, baş məşqçiyə yaraşmayan hərəkətdi”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran” klubunun idman direktoru Yunis Hüseynov deyib.

Sxadadzenin ədəbsiz jestinə münasibət bildirərkən, Hüseynov daha sonra sözlərinə belə davam edib:

“Gərək belələrinin cavabını verəsən. Biz qələbə qazanmış komandanı təbrik etməyə hazırlaşarkən, onun bizə qarşı etdiyi hərəkətə bax. Gələrsən sən Lənkərana”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43