Kateqoriyasız

Yuri Syomin “Neftçi”nin itkilərindən danışıb, final öncəsi iddialı danışdı

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin sabah “Neftçi”ylə qarşılaşacaqları kubokun finalından öncə mətbuat konfransı keçirib.

İdmanxeber.com-un məlumatına görə, rusiyalı mütəxəssis həlledici matçdan öncə bunları dedi:

“İnanıram ki, maraqlı oyun gedəcək. İstəyirəm ki, sabahkı oyunda azarkşlər çox olsun. Sabahkı oyunda yalnız qələbə haqda düşünürük.

“Qəbələ” ilə üçüncü yer tutmaq, kubokun finalına yüksəlmək mənim karyeram üçün də uğurlu nəticələrdi.

Araz Abdullayev və Mahir Şükürovun oynamaması bu o demək deyil ki, biz hücumlarımızı onların cinahından quracağıq”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43