Dünyadan

Yurqen Klinsmanın başı bəlada

Məşhur alman baş məşqçi, rəhbərlik etdiyi Amerika milli komandasının aldığı məğlubiyyətlərlə gündəmə gəlməkdə davam edir. 

İdmanxeber.com-un məlumatına görə, futbolçularının və özünün performansı tez-tez tənqid olunan Klinsman üçün stəkanı daşdıran son damla, komandasının öz evində Kosta Rikaya 4-0 uduzması oldu.

Amerikalıların kapitanı Maykl Bredli, matç sonunda verdiyi açıqlamada, “Kifayət qədər yaxşı oynamadıq” deyərkən, azarkeş və mətbuat ardıcıl 8-ci məğlubiyyətini alan Yurqen Klinsman üçün dözümsüzlük göstərməyə başladı.

“Son 5 illik təcrübələrim arasında bu məğlubiyyət ən ağırı idi”, açıqlamasını edən baş məşqçi əsas günahkarın özü olduğunu vurğulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43