Dünyadan

“Yuventus” azarkeşləri üçün şad xəbər: Ulduz futbolçunun keçidi həll olundu

İtaliyanın “Yuventus” klubu növbəti transferini reallaşdırmaq üzrədi.

İdmanxeber.com-un məlumatına görə, İtaliya klubunun rəsmi “twitter” hesabında yayılan xəbərdə deyilir ki, xorvatiyalı forvard artıq Turindədi. Yaxın vaxtlarda xorvatiyalı hücumçu ilə müqavilə imzalanacaq.

“Qoca sinyora” Mandjukiç üçün ispanlara 18 milyon avro ödəyəcək. Forvardın özü isə yeni komandasında ilinə 3,5 milyon avro qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43