Dünya futbolu

“Yuventus” “Boka Xuniors”un futbolçusu ilə razılığa gəldi

“Boka Xuniors”un yarımmüdafiəçisi Rodriqo Bentankur karyerasını “Yuventus”da davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, Turin klubu 19 yaşlı yarımmüdafiəçi üçün Argentina təmsilçisinə təklif göndərib. Məlumata görə, futbolçu ilə razılığa gələn “Yuventus” onun üçün 9.4 milyon avro ödəyəcək. Bentankurun gələn həftə İtaliyada tibbi müayinədən keçəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43