Dünya futbolu

“Yuventus” “Çelsi”nin futbolçusunu transfer etdi

“Yuventus” “Çelsi”dən icarəyə götürdüyü Xuan Kuadradonu birdəfəlik alıb.

İdmanxeber.com-un məlumatına görə, Turin təmsilçisi bu keçid üçün 20 milyon avro ödəyib. 28 yaşlı yarımmüdafiəçi ilə 2020-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Kuadrado 2015-ci ildə “Fiorentina”dan “Çelsi”yə keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43