Dünyadan

“Yuventus”un arzusu gözündə qaldı

"İnter" Freddi Quarinlə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, 27 yaşlı futbolçu Milan təmsilçisi ilə 2017-ci ilə qədər anlaşmaya imza atıb.

"Yuventus"un da istədiyi Quarini "İnter" klubun sahibi Erik Tohir komandada saxlamaqla bağlı göstəriş vermişdi.

2010-cu ildən "İnter"də forma geyinən futbolçu 84 oyunda 14 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43