Ölkə futbolu

“Zirə”də 8-ci, Premyer Liqada 6-cı

“Zirə”nin ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub.

“Qartallar”ın heyətindəki qol sayını 8-ə çatdıran Vüsal İsgəndərli klub tarixinin məhsuldar oyunçuları arasında 5-ci yerə sahib çıxıb. Topaz Premyer Liqasının XI turunun “Neftçi” ilə səfər oyununadək (2:2) bu mövqeni Tural Adıgözəlov və Besik Çimakadze ilə bölüşən İsgəndərli şəriklərini arxada qoyub. “Zirə”nin “Bakcell Arena”dakı 2-ci qoluna imza atan 23 yaşlı yarımmüdafiəçi yalnız 4 futbolçudan geri qalır. Bunlar Nelson Bonilla (17), Riçard Qadze (12), Aslan Hüseynov (10) və Milan Duriçdir (9).


Cari mövsümdə ilk dəfə fərqlənən futbolçu karyerasını “Zirə”də davam etdirənlər arasında 1-ci pillədədir. Vüsal qollarından 2-ni Azərbaycan kuboku, 6-nı Premyer Liqada vurub. O, “Zirə”nin çempionatdakı ən yaxşı bombardirləri siyahısında irəliləyib. Hazırda yalnız Nelson Bonilla (14), Riçard Qadze (10) və Milan Duriçdən (8) geri qalan İsgəndərli 4-5-ci yerləri Yovan Krneta ilə bölüşür.


Qeyd edək ki, yarımmüdafiəçi indiyədək 57-si Premyer Liqada olmaqla 64 dəfə “Zirə” forması ilə meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43